Yəqin təxəllüsümlə maraqlanırsınız. 1990-cl ildə İstanbulda, “Sizə” dərgisində şerlərim çap olunmuşdu. Həmin dərginin sahibinin adı Gültən Çiçək idi. Xoşum gəldi Gültən adından. Kiçik qızımın adım Gültən qoydum.
Gültən 1993-cü ilin sentyabrında dünyaya gəlib. Ondan sonra qızımın adını təxəllüs götürdüm. Hər şeirim çap olunanda məndən çox sevinib Gültən. Həmişə onu sevindirməyə çalışmışam.
Həmçinin hekayə və esselər müəllifiyəm. Bu esselər uşaqlıq dövrümün şəkilləridir-yenidən görə bilməyəcəyim şəkillər.
Əvvəllər sevdiyim şeirləri ingilis dilinə və ingilis dilliləri isə doğma dilimizə tərcümə edirdim. Hazırda isə bir çox xarici yazarların kitablarını bizim dilə, bizimkiləri isə ingilis dilinə tərcümə edirəm.
Həyatda yaxşı nə qazanmışamsa Allahın izni ilə özüm əldə etmişəm. Yaradıcılığımla tanış olduqdan sonra sonra yəqin ki, məni daha yaxından tanıyacaq, duyğularımın güzgüsü şerlərimdə, həyatımın anları olan esselərdə Sevil Gültəni olduğu kimi görəcəksiniz.
“Mən əslində çox nikbin adamam. Ən çətin anlarımda da nikbinliyimi qoruyub saxlamağa çalışıram. Ancaq kövrələndə heç nə o nikbinlyi qaytara bilmir mənə… Dünənki ğün də ən kövrək bir gün kimi yaddaşima həkk olunacaq…”
Bu sətrləri 2008-ci ildə yazmışdım. Doğma yurdum Zərdabın ilk saytı öz virtual məkanında mənə 5-6 səhifəlik yer ayırmışdı. Şəkil də həmin saytdandır. “Şeirlərimin isindiyi bucaq” adlanan həmin yazını buradan oxuya bilərsiniz.
Sonradan həmin sayt maliyyə çətinliyindən fəaliyyətini dayandırdı və mənim “şeirlərimin isindiyi bucaq”-da bağlandı.
Bu gün isə sizi sevilgültən.az saytından salamlayıram. Bu sayt – “yaradıcılığımın isindiyi ocaq” – mənə həmyerlilərimin hədiyyəsidir.
Saytın yaranma ideyası iki həmyerlimin ziyayılıq, ziyalıya verilən dəyər barəsində söhbətləridən yaranıb. Bu haqda sonradan bildim – saytla bağlı texniki problemlərin həlli zamanı.
Çox sağ olun, dəyərli həmyerlilərim, həmişə dəyərli olun. Sizin timsalınızda yaradıcı insanların əməyinə qiymət verən hər kəsə təşəkkür edirəm.
Və “umid sonuncu ölür” fikirləri ilə yaşamağa davam edirəm… Ümid edirəm ki, nə vaxtsa şerlərim, tərcümə və eselerimin virtual məkanların, kirəyə otaqların küncündə deyil, özümə məxsus evdə “qızınacaqlar”.
“The Da Vinci Code” azərbaycan dilində
Qısa məzmunu
Harvard Universitetinin dini simvolizm üzrə professoru Robert Lenqdon Parisə mühazirə söyləməyə gəlib. Mühazirə qurtarandan sonra o bütün dünyada məşhur olan Luvr muzeyinin hörmətli kuratoru ilə də görüşməyi planlaşdırır. Amma kurator görüşə gəlmir. Həmin gecə Lenqdonu yerli polisin nümayəndələri oyadır, ona deyirlər ki, kuratoru qətlə yetiriblər, onu Luvr muzeyinə, cinayət baş verən yerə aparırlar. Robert cinayət yerində çaşdırıcı kodlarla rastlaşır.
Polislər kuratorun qətlində Robertdən şübhələnir. Robert isə kuratorun nəvəsi, kriptologist Sofinin köməyilə çaşdırıcı kodları açmağa çalışır. Əgər onlar bu kodu vaxtında aça bilməsələr qədim bir həqiqət əbədi olaraq açılmamış qalacaq.
Müəllif: Dan Brown
Kateqoriya: The International Bestsellers, Proza, Detektiv
Nəşriyyat: Qanun
Səhifə: 432
Tərcümə: Sevil Gültən
naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru
Yaradıcılığı
Azərbaycan, Bakı şəhəri
AZ1000
Küçə, ev, mənzil
Tel: 01142 / 113 11
Fax: 01142 / 113 11 5