Bir lalın dil açan, danışan duyğuları
“Duyğularım şeirə çevrilə bilməyəndə elə bil qanımı içir, qanım azalır. Gözlərimə qaranlıq çökür. Ətrafımda nə varsa, qaranlıqda görünməz olur.”
Səhərəcən oyaq qaldım. Öz gozlərimlə gördüm ki, gecə öz yerini səhərə necə verdi. Gecənin göz yaşını, səhərin sevincini gördüm. Ümidim artdı.
* * *
Mənim ömrümdə nə qədər qara rəng var, ilahi! Xoşlayıram qaranı. İnsanı silkələyib ouadan rəng oldugu üçün. Qara rəngim,silkələ məni. Möhkəm! Elə silkələ ki, oyana bilim.
* * *
Heç bir quvvə Sənin xəyalının mənim əlimdən ala bilməz. Xəyalınsız yaşaya bilməzdim. Xəyalın hər şeydən qüvvətlidir. Kədərimi yox edir.
* * *
Bu gecə mənsiz keçən keçmiş günlərinə heyifim gəldi və gələcəkdə mənimlə birgə keçəcək günlərinə qibtə etdim!
* * *
Ən gözəl vüsal qovuşan ruhların vüsalıdır. Mən isə bu vüsalın dadını çoxdan bilirəm. Bütün dünya nemətlərindən dadlıdır o.
* * *
Səni sevdim..həyatı sevdim…Səni tanıdım..həyatı tanıdım…Səndən küsdüm…Həyatdan küsdüm. Sən həyatın özüsənmiş…
* * *
Dünyada ən güclü şey sevgidir. Ən zəif olan da sevgidir. Ən zərif olan da.
* * *
Səni sevəndən sonra özümü tanıdım. Səni sevmək mənə həyatı anlatdı. İnsanları tanıtdı. Həyat yollarında yeriməyi öyrəndim.
* * *
Hərdən mənə elə gəlir ki, heç vaxt gülməmişəm. Sanki kədərim mənimlə birgə doüulub.
* * *
O gün uzaqdan gördüm Səni. Baxdım… Baxdım… Doyunca baxa bilmədim… Gözlərim doldu… Heç yanı görə bilmədim. Getdim… Yollara yağış səpələndi….
* * *
“Allah hər şeyə qadirdir” – deyənlərə yazıüım gəlir. Əgər belə olsaydı Allahın məni Sənə qovuşdurmağa gücü çatardı.
* * *
Bir vaxtlar ən xoşbəxt idim… Hər gün Səni görürdüm, səsini eşidirdim… Sonra xoşbəxtliyim bir az azaldı… Yalnız səsini
eşitdim.İndi isə xoşbəxtliyimin dərəcəsi sıfıra çatıb… Nə Səni görürəm, nə də səsini eşidirəm.
* * *
O gün xəyalına qovuşmaq istədim…Əllərimi saçlarına uzatdım ki, əllərim saçlarına qovuşsun… Gözlərimi gözlərinə zillədim ki, gözlərinə doyunca baxa bilim… Əllərim saçlarına doüru uzanılı qaldı… Gözlərim sevinmədi… Xəyalın xəyal atına minib getdi…Baxa- baxa qaldım…
* * *
Əgər Allah özü göylərdən enib Sənin qəddar olduğunu mənə desə, yenə də də inanmaram… Mən öz duyğularımın saflığına inanıram.
* * *
Hara baxıramsa Səni görmək ümüdi ilə baxıram…
* * *
Hər gün Sənin səsini eşitmək istəyirəm. Telefonumu götürürəm. Sənin nömrələrini yığıram.Bircə düyməni basmaq kifayətdir
ki, zəngim Sənə çatsın. Qorxuram Sənə zəng etməyə… Qorxuram ki, cavab verməyəsən. Ümidlərimin öləcəyindən qorxuram…
Sənə zəng etmədiyimə görə neçə ümidlərim sağ-salamat qalıb.
* * *
Əgər bilsəydim ki, bu an, bu saat Sən də məni düşünürsən… Sevincimdəm ürəyim partlayardı… Kaş ürəyim partlayaydı….
* * *
Ey Kədər! Deyəsən ürəyimdən çıxıb getmək istəyirsən… Getmə! Ürəyim sənsiz dözə bilməz… Mən şairəm axı….
* * *
Günəş gecənin qaranlığını öpdü… Qucaqlaşdılar… Onların səhər adlı övladları dünyaya gəldi. Öp məni… Qoy ömrümün səhər adlı övladı dünyaya gəlsin…
* * *
Gecənin sükutu Səni səssiz-səmirsiz mənə qonaq gətirir… Səhərin toranlığı isə Səni geri qaytarır…
* * *
Səni sevəndən ürəyimdə kədər dənizi yaranıb… Sevgim onun içində boğulur… Uzat əllərini!
* * *
Sənin öpüşün mənim dirilik suyumdur. İçsəm, əbədilik qazanaram… Dirilik suyunu kim içib ki?!
* * *
Bəxtimin çırağı gecənin qaranlıüında Sənin yolunu gözləyir… Gəl onu yandır!
* * *
Səsini ürəyimdə yığıb saxlayıram… Sakitlik olan kimi qulaq asıram… Səsin həzin nəğməyə dönür – Mən isə onu dinləyən gözüyaşlı bir dinləyici oluram…
* * *
Görəsən, bircə dəfə üzündən öpsəm mənim də üzüm nurlanarmı?
* * *
Hərdən balıq kimi susuram… Hərdən quş kimi nəğmə oxuyuram… Hərdən isə insan kimi danışıram… Səbəbkarı sənsən.
* * *
Sevgim ürəyimdə şölənən şam kimidir… Onun işığında ürəyimdə nə varsa açıq-aydın görünür.