z-maqala3

Ana səhifə                         Əvvələ                      Növbəti                 

Deyə bilmədim ki…
http://aktual.az/

Orta məktəbdə oxuyanda sərbəst mövzuda çoxlu inşa yazardıq. “ Haradan başlanır vətən?” adlı
inşa yadıma düşür. Bəlkə də o vaxt yazdığım inşadan “ əla” qiymət almışam. Amma indi başa
düşürəm ki, mən o vaxt bu mövzuda “əla”ya layiq inşa yaza bilməzdim. Yalnız indi , orta məktəb
illərimdən 30 ildən çox vaxt keçəndən sonra bu mövzuda inşa yazmağa ürək edə bilərəm.
Haradan başlanır vətən?- Dünyaya ilk dəfə göz açarkən gördüyümüz yerdən başlanır vətən.
Üzümüzə toxunan ana nəfəsindən, Anadan başlanır vətən. Beşikdən, ilk dəfə eşitdiyimiz
nəğmədən- ana laylasından başlanır vətən. İməklədiyimiz , divarından tutub ayağa durmağı
öyrəndiyimiz otaqdan başlanır vətən. İlk dəfə ayağımız toxunan, ayağımız altı boyda torpaqdan
başlanır vətən.
Ata yurdundan, ata yurdundakı ağaclardan başlanır vətən. Lap körpə olanda vətənin sərhədləri
evin divarları olur, bir az böyüdükcə, yeriməyə başlayandan sonra isə ata yurdunu dövrəyə alan
çəpərə qədər uzanır vətən sərhəddi. Böyüdükcə vətənimiz də genişlənir. Boya-başa çatdığımız
kənddən, oxuduğumuz məktəbdən başlanır vətən. Suyunu içdiyimiz bulaqdan, kəhrizdən başlanır
vətən. Yayda sularına baş vurduğumuz balaca arxlardan, çaylardan başlanır vətən. Yazın ilk
aylarında taxıl zəmisindən boylanan kövrək lalədən başlanır vətən. Uşaqlıq illərimizin xatırələri
hopan tozlu kənd yollarından başlanır vətən. Yaz gələndə, axır çərşənbədə üstündən tullandığımz
tonqallardan başlanır vətən. Yayda kölgəsində sərinlədiyimiz, qışda çılpaq budaqlarına baxıb
kövrəldiyimiz ağaclardan başlanır vətən..
…. Doğmalarımızın əbədi yuxuya getdiyi kənd qəbristanlığından başlanır vətən.
Qəbristanlığa aparan yovşanlı yollardır vətən. Doğmalarımızın adı həkk olunmuş başdaşıdır
vətən…
….Kədərin də azı, çoxu olur, sonsuzu olur. Ürəklərində sonu görünməyən kədər yükü daşıyan, ata
yurdu əsir düşmüş , yerlə-yeksan edilmiş, doğmalarının qəbri, başdaşı uçurulmuş insanlardır
vətən. O insanların uşaqlıq xatırələri, dünyasını dəyişmiş ata-analarının, doğmalarının didərgin
ruhlarıdır vətən. Doğmalarının ayaq izlərinə həsrət qalıb yol gözləyən kəndlərdir vətən.
Dağılmış qəbirlərin ağlayan torpağıdır vətən. Üstündə adlar həkk olunmuş başdaşıların bizə sarı
boylanan ümidləridir vətən. Ürəyimizdən gözümüzə axıb göz yaşına dönüb yanaqlarımızı
donduran bir damla göz yaşıdır vətən…
Nə vaxtsa əsir düşmüş o torpaqlar azad olunacaq…Nə vaxtsa o torpaqlara qayıdacaq insanlar.
Bəs o insanların uşaqlıq xatırələri yaşayan evləri geri qaytarmaq mümkünmü? Dağılmış qəbirləri, sındırılmış başdaşlarını əvvəlki kimi bərpa etmək mümkünmü? Didərgin ruhları ovutmaq olarmı?
Doğma yurd həsrətiylə dünyadan köçən insanların həsrətinə son qoymaq qeyri-mümkündür axı!
…Bir yaşlı kişinin yol çəkən gözləri, bir yaşlı qadının ünvanına çata bilməyən ağısı, bayatısıdır
vətən.. .Hər gecə onların yuxusuna girən qolları bağlı uşaqlıq xatirələridir vətən.
…Ata yurdundan, ata evimizdən başlanır vətən…Ata evini ziyarət etmədən yaşayan, ata evinə
yuxularda qonaq gedən hər bir insan dərd qatarıdır sanki….
…Mən rejissor olsaydım bir film çəkərdim. Bir az sənədli olardı, bir az bədii, bir az fantastik olardı o
film…Bir qatar…İçində bir kişi- uşaqlığına və gəncliyinə əlvida demiş bir kişi. Ayaqüstə durubümidlərindən yapışıb bərk-bərk. Ürəyi dolu söz yüküylə- tək qalanda özü –özünə pıçıldadığı
sözlərin hamısını yığıb ürəyinin içinə. Əllərində yük var. Vətənsiz qaldığı illərdə daşıdığı yükdür.
Gözünün birində bir damla göz yaşı donub qalıb, o biri gözündə ümid parıldayır…Saçları dümağdırayrılıq dumanı çöküb başına.
Qatar gah insan kimi ayağı üstə yeriyir, gah quş kimi qanad açıb havada qanadlanır. Qatarın
pəncərəsindən çölə boylanır kişi.. Qatar fırlanır yer kürəsini. Dünyanın ən böyük şəhərləri pəncərə
önündən bir –bir gəlib keçir…Amma o kişinin düşəcəyi stansiya hələ uzaqdadır, görünmür. Qatar
yol gedir…gedir…
Qatardakı kişi pəncərədən boylanır….Ata yurduna, ata evinə gedir o kişi.. Uşaqlıq xatirələrinə
qonaq gedir…Ata-anasının yerlə-yeksan olmuş qəbrini ziyarətə gedir. Ata-anasının sındırılmş
başdaşına ürək dNeçənci il olduğunu indi yaxşı xatırlamıram. Ya 1978 -ci il idi, ya da 1979-cu il. Bilmirəm, birinci
kursda oxuyurdum, ya ikinci kursda. ( Hazırkı Dillər Universitetində) Həmyerlimiz bir qızla
institutun koridorunda raslaşdıq. Elə bu vaxt yanımızdan keçən ortaboylu, qarasaçlı, ağbəniz bir
qız onunla salamlaşdı. Onu görən kimi həmyerlim olan qız dedi: “Sevil, bax, bu qız da bizim
rayondandır. Adı Əzimədi, Xaspolad müəllimin qızı. O da sənin kimi öz biliyinə girib instituta.” ( o
vaxtlar rüşvətlə ya tanışlıqla da qəbul olunanlar çox idi) …O qız ötüb keçdi. Amma o qızın surəti
yaddaşıma həkk olundu. Onun da mənim kimi öz biliyinə qəbul olması elə bil o qızla aramızda
qəribə bağlılıq yaratdı. İçimdə onunla söhbət etmək, dostluq etmək istəyi yarandı…Amma sonralar
o qızla heç vaxt rastlaşmadım. Heç vaxt. Amma hardasa Əzimə adı eşidəndə o yadıma düşüb,
yalnız həmin vaxtlarda onu xatırlamışam. İnstitutu qurtarıb təyinatımı öz rayonumuza aldım.
Müəllim işlədiyim vaxtlarda da onunla heç vaxt rastlaşmadım…Heç vaxt.
İllər ötüb keçdi- neçə yazı qarşılayıb, neçə payızı yola saldıq. Özümüz də hiss etmədən bir gün
gördük ki, cavanlıq illərimiz arxada qalıb- çox arxada. Hər dəfə oxuduğum instituta gedəndə o
vaxtkı özümü axtarıram. Elə bilirəm tələsə-tələsə auditoriyalara axışan tələbələrin arasında
görəcəm özümü, tələbə yoldaşlarmı.
Illər ötüb keçdi. Ətrafımızda hər gün gördüyümüz insanlar gözlərimiz önündə yaşa doldular,
amma tələbəlik illərində xəyalımıza həkk olunanlar, ötüb keçən illər ərzində bircə dəfə rast
gəlmədiyimiz insanlar necə varsa eləcə də qaldılar- xəyalımızdakılar qocalmadı. İllər sonra tələbə
yoldaşlarmızın bəziləri ilə görüşdük- onları görən kimi onların cavanlıq obrazları yaddaşımızı tərk
etdi- yerini onların indiki obrazı tutdu.
Aradan keçən 36-37 il ərzində heç vaxt Əziməylə rastlaşmadım. Heç vaxt. Amma yaddaşımın
bir küncündə neçə illər öncə institutun koridorunda gördüyüm o qızın surəti hələ də öz yerindəydi…
Bir neçə ay əvvəl müxtəlif saytlarda Almaniyada yaşayan Əzimə Ağalarovanın çap olunmuş
kitabları haqqında xəbər verilmişdi. Özü haqqında da qıcasa məlumat vardı. Xarici Dillər
İnstitutunun məzunu olduğunu oxuyan kimi o vaxt koridorda gördüyüm qız yadıma düşdü….O idi.
Əzimə…
Kitab mağazalarında Əzimənin kitablarını axtardım. Tapmadım. Kitaba ön sözü İlqar Fəhminin
yazdığını oxudum, nəhayət, Əzimənin kitablarını ondan aldım…
Facebook- da tapdım Əziməni…Profil şəklini görən kimi tanıdım- tələbəlik illərində çəkilmiş
şəklini qoymuşdu profilinə. O şəkildə sanki maqnit gücü vardı, baxanda adamı geriyə- illər öncəyə
qaytarırdı.
Oxudum onun kitablarını…Fikrimi yazdım. O da şeirlərimi tapıb oxudu, oxuyub kövrəldiyini
yazdı…
O gün yenə də yazılarm haqqında fikrini bölüşdü. Sonda “İnşallah, Bakıya gələndə mütləq səninlə
görüşəcəm” yazdı…
Əlbəttə, onu görməyimə çox şad olardım…Çoox… Yazılarım haqqında yüksək fikirdə olan,
oxuduğu hər yazıma rəy yazan həmyerlimi, duyğu dolu kitablar yazan yazıçı qadını görmək elə
ürəyimcə olardı ki…
Amma, ona deyə bilmədim ki, səni görmək istəmirəm. Deyə bilmədim ki, illər öncə hər ikimizə
doğma olan institutun koridorunda gördüyüm o qızı görmək istəyirəm….O qızı. …Profil şəklindəki
qızı…. olusu göz yaşı aparır….Getdiyi ünvan- Ağdam, Novruzlu kəndi… .

http://ayb.az/

Scroll to top