z-maqala4

Ana səhifə                         Əvvələ                      Növbəti                 

Sevil Gültən: “Hamlet İsaxanlının şer dünyasına qısa səyahət”

Şair Hamlet İsaxanlı ilə söhbət etmək istəyirdim ki, şerləri barədə, poeziya barədə. Suallarda yazmışdım. Suallarıma cavab alan kimi yazımı başlamaq istəyirdim. Amma…. Rektor Hamlet İsaxanlının vaxtı az olduğu üçün söhbətimiz baş tutmadı.  Nədənsə Hamlet müəllim şəxsən özünə aid olan işlərə az vaxt ayırır. “Ömür yolu bircə andır” deyən şair Hamlet İsaxanlı hər şeyə vaxt tapır. Gələcəkdə redaktoru olacağı şer kitabına daxil olan şerləri redaktə etməyə də…, o şerlərdəki ən xırda texniki səhvləri tapmağa da …, “Xəzər Xəbər” jurnalını və digər kitabları, tərcümələri, jurnalları redaktə etməyə də.. bütün təzə xəbərləri tez bilmək üçün kitabxanaya enib təzə qəzetləri oxumağa vaxt tapır Hamlet müəllim. Ancaq onun şerləri haqda yazacağım məqalə üçün verəcəyim sualları cavablandırmağa vaxt
tapa bilmədi… Bəlkə də istəsəydi vaxt ayıra bilərdi. Nədənsə mənə elə gəlir ki, Hamlet müəllim şerlərindən söhbət düşəndə sifətində qəribə bir ifadə yaranır. Bu təvazökarlıq hissinin nəticəsidirmi, yoxsa utancaqlıqdır-deyə bilmərəm. Hamlet müəllim poeziya barədə söhbəti başqa vaxta saxlamağı məsləhət gördü. Mən isə yazını elə bu gün, yəni, avqustun 4-də yazmalıydım. Başqalarını bilmirəm, nəinki şer yazanda, hətta məqalə yazanda da mənə ilham pərisi kömək olur. Mənim ilham pərim bu gün gəlmişdi və məndən sadəcə işarə gözləyirdi.
Nəhayət nə edəcəyimi bildim. Əsl şairin sözü elə onun özüdür. Deməli Hamlet müəllimin sözləri, yəni şerləri də onu əvəz edə bilər. Mən yazdığım suallarıma cavabı Hamlet İsaxanlının “Təzadlar” şer kitabında və “Xəzər Xəbər” də axtarmağı qərara aldım.
1-ci sual: Hamlet İsaxanlı özünün şair olduğunu nə vaxt hiss etdi?
Vərəqləyirəm dəfələrlə oxuduğum, hər dəfə oxuyanda yeni nəsə kəşf etdiyim “Təzadlar” və birdən “Uşaqlıqda qalan bulutlar” şerinə gözüm sataşır.

Bir uşaqdım, vurulmuşdum
Asta yağan yağışlara.
Həsrətli bir sevgim vardı
Dağ başına düşən qara.
Bir uşaqdım, vurulmuşdum
Göydə gəzən buludlara.

xuyuram bu şeri… xəyala dalıram. Görəsən, bütün uşaqlarmı vurulur buludlara, yağışlara? İnanmıram. Yalnız dünyaya şair gələnlər vurula bilər buludlara, asta yağan yağışlara. Yalnız şair doğulanların dağ başına düşən qara sevgisi ola bilər.
Deməli hörmətli Hamlet müəllim, ilk sualıma cavabı qismən də olsa tapdım.
Hamlet İsaxanlı buludlara, yağışlara vurulduğu vaxtlar artıq şair olduğunu hiss edibmiş.

2-ci sual: Sizin üçün şer nədir və yaxud sizin şerlər necə yaranır?
İçimi qəribə bir qorxu bürüyür. İlahi, görəsən, bu sualıma cavab tapa biləcəyəmmi Hamlet müəllimin şerləri içərisində? Oxuyuram şerləri və onun “Etiraf”ına gözüm sataşanda, gözlərim gülür. Bayaqki qorxu hissi yoxa çıxır.

Düşündürmək üçün,
Sevdirmək üçün,
Üəkdən ağlatmaq,
Güldürmək üçün,
Hər şair xilqəti sehr yaratmır…
Şer meydanında mən nəkarəyəm?
İlhamı qanadsız bir biçarəyəm,
Şeşpərim oynamır, kamanım atmır…
Şerimi ruhundan qopan dalğalar
Yatmış sahilləri öpüb oyatmır…
Ancaq sevgilərim çiçək açanda,
Ay buluddan qaçıb şölə saçanda,
Qəlbimdə yazılır sirli namələr.
İçimdə səslənir həzin nəğmələr,
Şerlə qururam hər bir cümləni,
Şerlə anıram külli-aləmi.

3-cü sual: Kimlərə şair deyilir? Şairliyin xüsusi cəhəti nədir?
Bu sualıma nəzər yetirirəm və nədənsə Hamlet müəllimin elə bu yaxınlarda “525- ci qəzet”də çap olunmuş “Şerin ruhu” şeri gözlərim önünə gəlir və sualıma cavabı o şerdə axtarıram.

Deyirlər ki şairlərin
Gərək ilhamı gur olsun.
Şair olanın içində
Gərək ilahi nur olsun.
Qaynayıb, çağlayıb coşmaq
Həyatın meyxoş anıdır.
Şer demək, nəğmə qoşmaq
Bir həssas qəlb nişanıdır.
Nəşəlidir sərin axşam,
Göydə aydır, yerdəsə şam,
Sevən qəlb nə duyğuludur!
Sevdalı ruh, qaynar ilhamŞairliyin kökü budurş
Söz ilmədir, şer naxış,
Ustasına min-min alqış.
Eşq dolu zərif düşüncə,
Dünyaya gendən bir baxışBudur şerin ruhu məncə.
Yəqin ki, oxucular bu sualımın cavabını əla tapdığımı deyəcəklər.

4-cü sual: Dünyanın çox hissəsini gəzən Hamlet İsaxanlının könlünü oynadan ən yadda qalan hadisə?
Bilmirəm Hamlet müəllim bu suala necə cavab verərdi, amma bu sualın cavabını “Dənizdə bir quş” şerində axtarmağı qərara aldım

İstanbul, Boğaziçi…
Tuğyan edir duyğular,
Dayan bir an, gəmiçi,
Dənizdə bir quş ağlar.
Qırılmışdır qanadı,
Qalıb suyun üzündə,
İşlər yaman fənadır,
Qəm oxunur gözündən.
Güvəndiyi göy sular,
O quşa qənim oldu,
Üzüntülü duyğular,
Ağrılar mənim oldu.

Qanadı qırılmış quşun göz yaşını görməyi bacaran şair üçün bundan da yaddaqalan hadisə ola bilərmi?
5-ci sual. Şerlərinin mayası sevgidən yoğrulmuş şair Hamlet İsaxanlının sevənlərə arzusu nədir?
Sualımı birdə oxuyuram. Fikirləşirəm, görəsən bu sualıma necə cavab verərdi Hamlet müəllim? Ötən qışda ingilis dilinə tərcümə etdiyim “Sevənlərə”şerini xatırlayıram və “Təzadlar”-ı açıb həmin şeri axtarıram.

Həyata bolluca qucaq açdınız,
Sevgidən od alsın arzularınız.
Yerdə dayanmayın, göydə durmayın,
Uçsun yel qanadlı xəyallarınız.
Gündüzlər günəşdən,
Gecələr aydan
Zərif işıq əmsin duyğularınız.
İnsanı, torpağı, Allahı sevin,
Eşqə səcdə qılsın qayğılarınız.

Sevənlərə şairin bundan daha gözəl nə arzusu ola bilər ki?

6-cı sual. Çiçəkləri sevməyən, təbiəti sevməyən insan şair ola bilərmi? Şair Hamlet İsaxanlının ən çox sevdiyi çiçək?

Lalə
İncə alov tək dikəldi,
Parladı gözəl lalə.
Gözümüzə işıq gəldi,
Könül cumdu xəyalə.
Yanağı al-qırmızı,
Göydə yazılmış yazıdı,
Allahın doğma qızıdı,
Əhsən o mahcəmalə.
Dağlı, göllü, meşəlidi,
Sərxoş, ürkək, ya dəlidir,
Hər halda çox nəşəlidir,
Gəlməyəydi zavala…
Onu işvəkar sanmayın,
Ona dəyib toxunmayın,
Amandır, vüsal ummayın,
Lalə dözməz vüsala….

7-ci sual: Hamlet müəllim, rektor kimi işiniz başdan aşanda nə keçir
ürəyinizdən?

Gündəlik qayğılar
Başımdan aşanda,
Dünyanın haqsızlığı
Aşıb, daşanda
Sıxır məni
Şövkət də, şan da
Toy da, nişan da.
Qaçmaq istəyirəm
Gurultulu çal-çağırdan,
Zəngindən, fağırdan,
O anda
Bir sadə tütək almaq
Və təklik havası çalmaq
Keçir ürəyimdən
Gözlərimi yumuram
əlacsız qalanda
Təkliyə cumuram
İlk imkanım olanda
TəklikFikrimin süsləndiyi
ən uca yüksəklik.
TəklikXəyalımın bəsləndiyi ən xoş gerçəklik.
8-ci sual. Bu dünyadan baş çıxarmaq sizin üçün çətin deyil ki?Nə lazımdır xoşbəxt olmaq üçün?
Sözümüzün keşiyində dura bilsək,
Hədəfləri bircə-bircə vura bilsək,
Gələcəyi günümüzdə qura bilsək,
Yaşamağa nə var ki!….
Bəd əməllər ayaq aşıb yürüməsə,
Tale bizi fəlakətə sürüməsə,
Həssas ürək qəmə batıb çürüməsə,
Yaşamağa nə var ki!…
Sevgililər can eşidib, can desələr,
Duyğuların şiddətində titrəsələr,
Könüllərə körpü salsa şən büsələr,
Yaşamağa nə var ki!…

9-cu sual. Hamlet müəllim üçün dünya nədir?
Bu sual barədə fikirləşərkən sevimli müğənnim Elza Seyidcahanın oxuduğu “Baş aşmadım bu dünyadan” mahnısı qulaqlarımda səslənir.

Ağac içindən oyulur,
İlan qabıqdan soyulur,
Sevən gözündən duyulur,
Doymadım dadlı röyadan,
Baş açmadım bu dünyadan.
Haqqa sığınan döyülür,
Haqqı tapdayan öyülür,
Düz söz söyləyən söyülür,
Başa keçir yalan, nadan,
Baş açmadım bu dünyadan.
Gəl, ey həyat, həmdəmimsən,
Həm qəmimsən, həm dəmimsəm,
Çox düşündüm, nəsən, kimsən?
Əl çəkmədim bu xülyadan,
Baş açmadım bu dünyadan.

Azərbaycan müəllimi. – 2003. 3-9 oktyabr. – s.8.

Scroll to top