Tanrım, məni quş eylə!
Həsrət ilə çox baxmışam göylərə
Noolar, bir gün baxım göylərdən yerə
Uçub gedim xəyal çatmaz yerlərə
Bir quş tapım öz dərdimi deməyə-
Tanrırn, məni quş eylə!
Keçir ömrüm, vallah, röyalar kimi
Eh, kim vurdu kor bəxtimə kilidi
Ağlar qəlbim kim deyir ki, kiridi
Bir gün görəm, qolum qanad kimidi-
Tanrım, məni quş eylə!
Ruhum uçub, gör haçandır göydədir
Ruhsuz ürək heç bilmirəm, mən nədir
Tanrım, eşit, gör mən bəndən nə deyir
Mən bəxtsizi bu yer üzü neyləyir –
Tanrım, məni quş eylə,
Quş eyləsən, sevdiyimə tuş eylə!
avqust 1997