z-sheir05

Ana səhifə                         Əvvələ                      Növbəti                 

MƏN BELƏ QİSMƏTLƏ NECƏ BARIŞIM?
Gecikmiş məhəbbət düşüb bəxtimə
Əlim həsrət sevdiyimin əlinə
Boğuluram min əzablar selındə
Mən belə qismətlə necə barışım?

Tanrım mənə nə verdisə, gec verdi
Baharımda gur yağışım gecikdi
Mənim baxtim taleyindon incikdi-
Mən belə qismətlə necə barışım?

Görüş yerim-xəyalların qanadı
Ağlar sevgim neçə dərdə anadı
Ha sarıdım, yaram yenə qanadı-
Mən belə qismətlə necə barışım?

Nə uzunmuş, səhər olmur gecəlr
Mənim yatağımda həsrət gecələr
Hələ görəcəyəm sərt-sərt gecələr-
Mən belə qismətlə necə barışım?

Ayrılıq var bu sevdanın sonunda
Eşqim qonaq gəldi qara donunda
Gecələr yataram hicran qoynunda=
Mən belə qismətlə necə barışım?
Əzaba, ağrıya necə qarışim?

18 fevral 2004

Scroll to top