GƏL SEVGİ OYUNU OYNAYAQ
Gəl sevgi oyunu oynayaq,
ömrün qışını unudaq
… Mən “sevirəm” – deyim,
sən de: “sevmirəm”.
Mən “sevmirəm”- deyim
sən de: “sevirəm”.
Tez bağlayım gözlərinin qapaqlarını
və öpüm “sevirəm” pıçıldamış dodaqlarını .
.. . Açma gözlərini,
qorxuram orada oxuyam “sevmirəm” sözlərini.
may 2006