z-sheir10

Ana səhifə                         Əvvələ                      Növbəti                 

DUYĞULARIM
Duyğularım dəlidi,
Sənsiz yandı, əridi.
Xəyalına qovuşan
Səndən küsmüş pəridi.

Qəmi çağırma, özü gələr.
Sözü çoxdur, özü gələr.
Həsrətini mən çəkdim,
Səni gördü özgələr.

Gecədir, yorğunam, gözüm yumulur
Gecələrim içində gözün uyuyur.

Yenə islandı eynəyim,
Görünmədi dünənim.

Səsini yığdım içimə
Səsinlə qayıtdım keçmişimə.

Kaş külək alaydı məni qoynuna,
Aparaydı məni sənin yanına.

Hər gecə xəyalına qovuşuram
Duyğularımı xəyalınla ovuduram.

Mənim Allahım sənsən,
Nəfəsinlə məni dirildirsən.

Yenə kövrəlmişəm, yanaqlarımı
Xəyalın, bir də ki göz yaşım öpür.

Yenə kövrəlmişəm, gəl ovut məni,
Sil göz yaşlarımı, qurut həsrəti.

Yenə kövrəlmişəm, bir sözə bəndəm,
Leysan yagış olub, yerə ələnnəm.

Görsən haradasan, haralardasan,
Sevincdən ölərəm məni haylasan.

Odam alışıram səssiz-səmirsiz
Nə közüm, nə də ki tüstüm görünmür.

Sən payız ömrümün ən şirin meyvəsisən,
Heyf, bir gün yetişib budaqdan düşəsisən.

avqust 2003

Scroll to top