QAPISI BAĞLI BIR OTAQDA OLAYDIM
Qapısı bağlı bir otaqda olaydım,
tənhalığı səsinlə ovudaydım.
Zərrə qədər günəş şüası bəsimdi,
səsimə qovuşan səsin
əbədi nəfəsimdi!
Qapısı bağlı bir otaqda olaydım,
otağı səsinlə bəzəyəydim.
Səsinlə qolboyun olub
otağın hər küncünü gəzəydim.
Qapısı bağlı bir otaqda qalaydım
sənə deyəcəyim sözlərdən asılıb
dörd divar arasında,
yanağıma axan sevinc yaşlarında
boğula-boğula yaşayaydım.
Qapısı bağlı bir otaqda
səsinlə təkbətək yaşayaydım,
nəfəsinlə danışaydım.
13 oktyabr 2006