KAŞ YANIMDA OLAYDIN
Kaş yanımda olaydın –
Qəlbində sənə olan sevgim qədər sevgi
Ruhun mənim ruhum qədər çılğın,
cismində sönməz bir yanğın…
…Gözlərində gözlərimdəki qədər qəm…
kirpiyində nəm…
İçində mənə qovuşmaq harayı…
… Ömrümün 44-cü ilində
yaşayaydım bal ayımı…
…İlahi! Mənim olardı bu dünyanın hamısı
Açılaydı bəxtimin qara buludlu səması.
2005