MƏN SƏNI SEVMIRƏM…
Mən səni sevmirəm…səni sevsəydim,
Dəli küləkləri qanad edərdim.
Səni görmək üçün Aya gedərdim.
Gecələr od tutub yanardı cismim,
Özümün yadımdın çıxardı ismim –
Mən səni sevmirəm…
Mən səni sevmirəm, səni sevsəydim,
Səma gözlərimdə ləpələnərdi.
Sənsiz Yer üzündə Günəş sönərdi
Qara saçlarıma qar ələnərdi –
Qəlbimin yerində daş döyünərdi-
Mən səni sevmirəm.
Mən səni sevmirəm, səni sevsəydim,
Həsrətdən yatağa düşüb ölərdim.
Zəif bir şam kimi şölələnərdim.
Səni ucalıqdan mən endirərdim –
Sevdiyim qədər də mən sevdirərdim –
Mən səni sevmirəm…
10 noyabr 2004