QORXUB GÖZLƏRINƏ BAXA BILMƏRƏM
Qorxuram gözündə həsrət görməyim
Qorxuram gözündə eşq görünməyə
Qorxuram lal ola, heç dillənməyə-
Qorxub gözlərinə baxa bilmərəm.
Gözlərin dəryaydı, mən boğulardım
Gözündən şeirimə həyat alardım.
Mənim dərdlərimə sən ağlayardın –
Qorxub gözlərinə baxa bilmərəm.
Gözlərinə baxsam, gözüm nurlanar
Gözümün odundan gün alovlanar.
Bir qığılcım düşər, yer, göy odlanar –
Qorxub gözlərinə baxa bilmərəm.
Baxsam, gözlərindən nağıl istərəm
Yorğun kirpiyimə sığal istərəm.
Min dəli duyğuma ağıl istərəm –
Qorxub gözlərinə baxa bilmərəm.
22 dekabr 2004