z-sheir19

Ana səhifə                         Əvvələ                      Növbəti                 

MƏN SƏNSIZ YAŞAYA BILƏRƏM DAHA…
Ah çəksəm ahımdan ağ bulud ağlar
Dərdimi bilərsə dağlar dağılar.
Qəlbimdə ağlayar qəmli ağılar-
                                       Mən sənsiz yaşaya bilirəm daha.

Bilməm yağan yağış, yoxsa ki, qardı
Tellərim tək-tək yox, cüt -cüt ağardı.
O ölmüş cismimi xəyal sağaltdı –
                                       Mən sənsiz yaşaya bilirəm daha.

Gecələr oyağam, gündüz yuxulu,
Bir az ağlım qalıb, o da duyğulu.
Neçə şirin arzum həsrətin qulu –
                                       Mən sənsiz yaşaya bilirəm daha.

Sənsiz bu gen dünya bir dar qəfəsdi
Vüsalın inləyən gileyli səsdi.
Hərdən gedib-gələn quru nəfəsdi –
                                     Mən sənsiz yaşaya bilirəm daha.

Sənə həsrətimin yaşı bir ildi
Səni öpən külək göz yaşımı sildi.
Xəyalla görüşüb ruhum dirildi –
                                     Mən sənsiz yaşaya bilirəm daha.

Səni gördüyüm an şirin nağıldı
Qara yellər əsdi, söz -söz dağıldı.
Çoxdan alın yazım sənsiz yazıldı-
Bu gecə ölməsəm, çıxsam sabaha
                                     Mən sənsiz yaşaya bilərəm daha.
18-19 noyabr 2005

Scroll to top