z-sheir20

Ana səhifə                         Əvvələ                      Növbəti                 

BU ZAMAN ZƏNG OLUNMAZ?
Bu zaman zəng olunmaz?
Sevənçün zamanmı var?
İnsan belə qovrulmaz
De, bundan o yanmı var?
              Könlüm sənsiz ovunmaz
              Bu zaman zəng olunmaz?

Səsin dərdimə məlhəm
Danış, dərdim sağalsın.
Mən sevgidən yetiməm
Danış, qəlbim ağlasın-
             Könlüm sənsiz ovunmaz
             Bu zaman zəng olunmaz?

Zülmətim səhər olmur
Ay batır, günəş doğmur.
Şərbətlə badəm dolmur
Səhrayam, yağış yağmır-
            Könlüm sənsiz ovunmaz
            Bu zaman zəng olunmaz?

Sözün ağlatdı məni
Selə döndü göz yaşım.
Bircə xoş söz nədir ki,
Axı kimlə danışım?-
           Könlüm sənsiz ovunmaz
           Bu zaman zəng olunmaz?

15 noyabr 2003

Scroll to top