SORUŞMA
Halımı özündən soruş
Acı sözündən soruş.
Gözümsüz gözündən soruş-
Məndən soruşma, soruşma!
İçimi qəhər oyur,
Çölümü dərd-qəm yuyur.
Mənlə ölüm uyuyur-
Bərkdən soruşma, soruşma!
Kirpiklərim qovuşmur,
Ruhum cismimə yovuşmur.
Qəlbin ki məni soruşmur-
Dilnən soruşma, soruşma!
Çılğın atam, yüyənsiz
Səhra od, mən yiyəsiz.
Kor oldum vay-şivənsiz-
Əlnən soruşma, soruşma!
Parçalandı sınıq qəlbim
O dünyanı görüb gəldim.
Səsini eşidib dirildim-
Səsnən soruşma, soruşma!
Qəlbin ki məni soruşmur
Dilnən soruşma, soruşma!
17 yanvar 2004