z-sheir23

Ana səhifə                         Əvvələ                      Növbəti                 

BAYATILAR
Yanlış da bir naxışdır
Ömrüm naxış-naxışdır.
Gözümdən axan yaşlar
Qəm göyərdən yağışdır.

Yarpaqlar,
Köksümdə qəm yarpaqlar.
Dəli sevdaya düşsə
Quru budaq yarpaqlar.

Səsinə,
İlk vuruldum səsinə.
Ölsəm dirildər məni,
Nə sehr var səsində?

Ahımdan, 
Bulud ağlar ahımdan
Ahım allaha çatdı
Oyanmadın ahımdan.

Yansaydın,
Mənim kimi yansaydın.
Bir dərya suya dönüb
Söndürərdim, yansaydın.

Görmədim, 
Yarandım, gün görmədim.
Gözümü yumub-açdım
Gejəydi, gün görmədim.
Gözündə,
Bəxt açarım gözündə.
Demə iki gözün var
İki gözün də gözümdə.

Sel gələr.
Yaz gələndə sel gələr.
Sənsiz bir tufan qopar
Qəlb evimi silkələr.

Gün düşər,
Kölgə düşər, gün düşər
Sən gözümə baxanda
Ürəyimə gün düşər.

Axşamlar,
Dərdim artar axşamlar.
Dünyada nə ki qəm var
Ürəyimdə axşamlar.

Gejələr,
Sənsiz zülmət gejələr
Nə olar, işığa dönüb
Evimdə yan gejələr.

Dərddimi,
Sən çəkdiyin dərddimi?
Küllü aləm yığışsa
Çəkəmməz bir dərdimi.
11 avqust 2003

 

Scroll to top