z-sheir24

Ana səhifə                         Əvvələ                      Növbəti                 

SƏN MƏNI SEVSƏYDIN...
Sən məni sevsəydin, sevsəydin, gülüm,
Xoşbəxtlər xoşbəxti olardım bəlkə.
Hansına çatdım ki arzularımın
Mənim arzularım ölür bələkdə.

Sən məni sevsəydin, xoşbəxt olardın
Sənə xoşbəxtliyi mən verərdim, mən!
Bir ürək verərdim sevgiylə dolu!
Bir ürək verərdim ümidlə dolu!
Bir ürək verərdim inamla dolu! -
Ürəkdən qiymətli heç nəyim yoxdur.

Mənim allahımsan bu yer üzündə
Bəxtimin açarı sənin gözündə.
Sevgi axtarıram mən hər sözündə
Sən məni sevsəydin, xoşbəxt olardın -
Sən məni sevsəydin, qulun olardım!

		                                  2003

 

Scroll to top