z-sheir25

Ana səhifə                         Əvvələ                      Növbəti                 

O qədər güclüyəm ki,
Hətta hər şeyi unudub
Təzədən başlamağa da hazıram.
O qədər zəifəm ki,
Hətta bir kəlmə acı sözünün ağırlığına da
Gücüm bəs etmir.
O qədər qəddaram ki ,
Sənə olan sevgimi boğa da bilərəm.
O qədər kövrəyəm ki,
Xatirələrimi göz yaşımla sulayaram.
O qədər ağıllıyam ki,
Duyğularıma çəpər çəkə bilərəm.
O qədər duyğuluyam ki,
Ağlımı ürəyimdə həbs edərəm.
O qədər, o qədər sənsizəm ki,
Özümü talayıb yerində səni əkərəm.

 

Scroll to top