Dünəndən açıq qoymuşam ürəyimin qapılarını
Istəyirəm sənə olan sevgim üçub getsin ürəyimdən-
Ürəyimin gücü çatmır bu sevgini daşımağa,
Ürəyimin gücü çatmır ayrılıqla dalaşmağa.
Dünəndən bağlamışam
Xatirələrə gedən yolları-
Istəmirəm gecə-gündüz yol gedəm,
Istəmirəm ki, gün-gün olub xatirələrimə səpələnəm.
Dünəndən yığmışam ovcuma
Olub qalan ümidlərimi
Istəmirəm sənsizlikdə itib- batsın.
Dünəndən ürəyimdə elə səninlə danışıram
Istəmirəm səni incidən mənlə
Kəlmə kəsmək.
Kəlmə kəsmək!