z-sheir26_4

Ana səhifə                         Əvvələ                      Növbəti                 

Xocalı

 Ölənəcən qəm selisən gözümdə

Dərddən ağlar bir nəğməsən sözümdə.

Kaş öləydim sən öləndə özüm də

Ölən kəndim, sönən kəndim, Xocalı!

***

 

Anaların harayısan bu gündən,

Şəhid olmuş balasısan bugündən.

Sağalmayan yarasısan bugündən-

Qəmli şeirim, qəmli nəğməm, Xocalı!

 

***

 Şəhid kəndlər heykəlinə döndün sən,

Öləndə də şəhid kimi öldün sən.

Kim deyir ki, yanıb-yanıb söndün sən-

Alovlanan, tüstülənən, Xocalı!

 

***

Söz deməmiş həyalanan qızların,

Ermənini əsiridi, Xocalı!

Son nəfəsdə “bala” deyib sızlayan

Gəlinlərin qəbirsizdi, Xocalı!

 

***

Sevil idim, bugündən qəm seliyəm,

Gültən idim, bir ovuc kənd külüyəm.

Sən öləndən vallah, mən də ölüyəm-

Ölən kəndim, sönən kəndim, Xocalı!

 

***

 Aşıq qardaş, çal sazını qəm üstə,

İgidlərim yatdı orda üzüstə.

Ölənəcən gözüm, könlüm gülərsə

Olsun ruhun mənə qənim, Xocalı!

***

 01 mart 1992

Scroll to top