z-sheir26_5

Ana səhifə                         Əvvələ                      Növbəti                 

 Nüvədi

 ( Ermənistanda Azərbaycanlıların yaşadığı sonuncu kənd)

 Ələsgər yurduna başdaşı idin,

Ulu tariximin yaddaşı idin.

Qonşu düşmənlərə baş daşı idin-

Yad diyarda vətəndin sən, Nüvədi!

 

***

Ay-ulduzlu bayraq idin o yerdə

Ümid idin, dayaq idin o yerdə.

Vətən adlı torpaq idin o yerdə

Bundan belə didərginsən, Nüvədi!

 

***

Gözüm dolub, könlüm ağlar bu axşam

Bir şam idin, daha söndü o ağ şam.

Ağı deyib əgər səni oxşasam

Deyərəm ki, sabah nəsən, Nüvədi?!

 

***

Babaların ruhu ağlar o yurdda,

Erməni, evin dağılar o yurdda.

Gün gələr ki, el qayıdar o yurda

Türk tərindn cücərərsən, Nüvədi!

 

 15-16 avqust 1991

Scroll to top