Gözlərimin Nuru Tərcümələrim.

"Tərcüməni Sevirəm. İşlətdiyim Sözü Tapanda sevinirəm."
Sevil Nuriyeva (Sevil Gültən) peşəkar tərcüməçi kimi fəaliyyəti çoxşaxəlidir. 1978-ci ildə, tələbə olarkən görkəmli tərcüməçi, dilçi alim, f.e.n.dossent İsmixan Rəhimovun tapşırığı ilə ingilis dilindən tərcümə etdiyi hekayəni onun ilk peşəkar tərcümə işi hesab etmək olar. Bu hekayə sonradan “Dünya” tərcümə almanaxında nəşr edilir.
O, bunu belə xatırlayır: "Məndən sonra bacım da həmin universitetdə oxuyurdu. Bacımın yanına gələndə İsmixan müəllimin yanına getdim, məni “Yazıçı” nəşriyyatına, Firuzə xanım Rzabəyovanın yanına göndərdi. Getdim, gördüm ki, “Dünya” tərcümə almanaxının 2-ci hissəsi çap olunub. Kitabdakı əsərlər tanınmış tərcüməçilər tərəfindən dilimizə çevrilmişdi. Aralarında 3 tələbənin də tərcüməsi var idi – Telman Nəzərli, Gülbəniz Qənbərova və mənim – Sevil Nuiriyevanın. İsmixan müəllim tərcümə etdiyim və yoxlamaq üçün ona verdiyim hekayəni nəşriyyata təqdim etmişdi. Heç vaxt çap olunmayan tələbənin birdən-birə təcrübəli tərcüməçilər, universitet müəllimləri ilə eyni almanaxda tərcüməsinin çap olunması o dövr üçün böyük hadisə idi. Üstəlik də tərcümə üçün mənə 240 manat da qanorar yazmışdılar. Həmin dövr üçün kiçik məbləğ deyildi."
Zərdabda müəllim işlədiyi dövrlərdə dünya ədəbiyyatından bəzi şeirlər tərcümə etsə də, bu işlə ardıcıl məşğul olmur.
2003-cü ildə Bakı şəhərinə köcür, 2004-cü ildən isə aktiv tərcümə ilə məşğul olmağa başlayır. Azərbaycan və ingilis dilinə tərcümələr edir. Lord Byronunu, Edgar Allan Poenin, Valter Scottun, Vililiam Blakenin şeirlərini azərbaycan dilinə, Hamlet İsaxanlının, Paşa Qəlbinurun, Rəşad Mecidin, Səlim Babullaoğlu və digər müəlliflərin şeirlərini ingilis dilinə çevirib.
O, eyni zamanda çoxsaylı nəsr əsərlərinin ingilis və azərbaycan dilinə tərcüməsinin müəllifidir. İngilis dilinə tərcümə etdiyi kitablar Amerikada, Londonda, Hindistanda, İsveçdə, eləcə də, dünyanın müxtəlif ölkələrində işıq üzü görüb.
KƏNAN HACI (şair, yazıçı, tərcüməçi): " ... Həqiqətən də tərcümə sənətinin yükünü çiynində daşıyanlardandır Sevil xanım. Bu zəhmət, bu fədakarlıq mütləq dəyərləndirilməlidir. Uğurlar!!!"
Gi de Maupassant "Kor kişi"
Gi de Mopassan "Belflover ana"
Gi de Mopassan “Biclik”
Gi de Mopassan "Atılmış"
Gi de Mopassan- "Dəlinin gündəliyi"
Gi de Mopassan "Belflover ana"
Gi de Mopassan “Mademuazel Koko”
Gi de Mopassan "Övladlığa götürülmüş oğul"
Gi de Mopassan "İntiqam
Hans Xristian Anderson "Qoca kişi nə edirsə düz edir"
Zong Pun "Kəhrəba bilərzik"
Paulo Coelho "Bulud və qum təpəsi"
Paulo Coelho "Karandaşın nağılı"
Lucy Maud Montgomery "Tamamlanmış hekayə"
Paulo Coelho "Karandaşın nağılı"
Kate Çopinin "Bir cüt ipək corab"
James Baldwin Antonio Canova
James Baldwin - Həkim Qoldsmit
James Baldwin. - Lakonik cavab
James Baldwin - Sonsuz nağıl
James Baldwin - Maksmilian və qazotaran oğlan
James Baldwin - Naşükür döyüşçü
James Baldwin- Hökmdar və onun qırğısı
James Baldwin- Kor kişilər və fil
Dorothy Parker- Telefon zəngi
Edgar Allan Poe- Carçı ürək
Guy de Maupassant - Qəbir
Guy de Maupassant -Ailə
Guy de Maupassant -Ana və oğul
Henry Lawson- Müəllimin səhvi
Henry Lawson- Qaranlıqdakı uşaq yaxud yad ata
Kate Chopin - Bir saatın hekayəsi
Kate Chopin- Tufan
Kate Chopin- Peşmançılıq
Kate Chopin Tərbiyəli qadın
Kate Chopin- Kaline
H.H. Munro ( Saki) – Laura
Benjamin Franklin- Fit
Tərcümə Şeirlər
"Şair ruhunun güzgüsü olan şerdə millətindən, dilindən, dinindən asılı olmayaraq hər bir kəs özünü görə bilər. Belə olan surətdə poetik əsər niyə də tərcümə edilə bilməsin ki? Əslində şeri tərcümə etmək lazım deyil. Şer yazıldığı dildən tamam başqa bir dildə təzədən yaradılmalıdır. Orijinaldakı mənaya söykənərək şair tərcüməçi yeni bir şer yazmalıdır. Həmin fikrə, mənaya öz dilinin sözləri ilə bəzək vurmalı, elə qafiyə seçməlidir ki, mənaya gözsllik gətirsin, mənanı itirməsin." / Sevil Gültən /
Azərbaycan dilindən ingiliscəyə
1. Hikmət Babaoğlu –“Akdamardan Sarı gəlinədək erməni yalanı”
2. “Erməni əsirliyində” -Antalogiya
3. Mirkazım Seyidov– “Erməni vandalizmi”
4. Mirkazım Seyidov– “Zamanın nəbzi”
5. Mirkazım Seyidov– “Qaranlığa nur saçan zəka”-
6. Mirkazım Seyidov –“Ömrümü xalqıma bağışlayıram”
7. Məmməd Əmin Rəsulzadə “Əsrimizin Siyavuşu”
8. Ülvi Bünyadzadə– “Ömür yolu”
9. Yunuz Oğuz –“Nadir şah”
10. Elçin İsgəndərzadə –“Avtoportret
11. Firuz Mustafa – “Köç “
İngilis dilindən azərbaycancaya
1. Rafaello Barker- Yay mövsümü
2. Sarah Dessen- Müqəddəs hər şey
3. Ketrin Baybi- Çərşənbə gününədək arvad
4. Ketrin Baybi Çərşənbə axşamınadək qız tapıldı
5. Ketrin Baybi- Bazar ertəsinək evlənməli
6. Ketrin Baybi Cümə axşamınadək aşıq oldu
7. Ketrin Baybi Cümə gününədək subay
8. Ketrin Baybi- Cümə gününədək nişanlanmalı
9. Holli Şindler- Elə tünd göy ki...
10. Lüi De Berniers- Kapitan Korellinin mandolinası
11. Cüzieppe Katotsella-Demə ki.Qorxuram...









