z-sheir26_2

Ana səhifə                         Əvvələ                      Növbəti                 

Daha sənə məktub yazmıram-
Hər gün,
Hər gecə yatmazdan qabaq.
Sənə yazdığım köhnə məktubları oxuyuram
Cümlə -cümlə, söz-söz, hərf –hərf
O sözlərdən sevgi qoxusu gəlirdi
Sən duya bilmədin.
Sözlərin də xoşbəxti olur-
Sənə yazdığım bütün sözlər xoşbəxt idi-
Şirini də, acısı da.
Hərdən göz yaşım qarışırdı o sözlərə
Ona görə yenidən oxuyanda ağlayıram.
Daha sənə məktub yazmıram hər gün, hər gecə-
Sənə yazdığım məktubları oxuyuram
Hər gecə əvvəlki sənlə, inandığım sənlə görüşə çıxıram
Bugünkü səndən xəbərsiz…

Scroll to top