Open post
Sevil Gulten duyğularım

Duyğularım şeirə dönməyəndə ağır xəstə kimi oluram.

Bir lalın dil açan, danışan duyğuları…

Duyğularım şeirə dönməyəndə ağır xəstə kimi oluram. Ağrılardan zarıyıram. Ölüm arzulayıram özümə. Şeirə çevrilməyən duyğularım ağrıya dönüb başımın bir yerində gizlənir. Başımın həmin yeri ürək kimi döyünür.O döyüntülər elə bil nəsə demək istəyir mənə. Ağrılarım haray çəkir. Heç kim, heç nə kömək edə bilmir ağrılanma.

Hərdən susuram balıq kimi, hərdən isə quş kimi qanadlanıram. Səbəbkarı Sənsən!

* * *
Quş harada qanad açar? – Havada. Sən mənim üçün havasan. Sonsuz məkansan. Uçmaq üçün ən gözəl bir yer …

* * *
Səndən əvvəl qəlbimdə o qədər lazımsız duyğular var idi ki … Sənə olan sevgim yox etdi onları. Qəlbimdə indi yalnız
yaxşı duyğular yaşayır.İstəmərəm ki, qəlbimdə pis bir şey olsun. Axı sevgimin evidir qəlbim …

* * *
Sənə olan sevgim işıqdır – gur bir işıq. Ən zülmət gecələrimi də nurlandırır…Soyuqdan tir-tir əsəndə qızdırır məni.

* * *
Hara getsəm tək getmirəm. Xəyalın məni hamıya qısqanır.

* * *
Bu gecə gözlərimdən soruşdum: -“Nə üçün yumulmursan?” Gözlərim cavab verdi: “Korsanmı, görmürsənmi sevdiyimin
xəyalı yanımdadır?”

* * *
Hər səhər yuxudan durub güzgüyə baxıram. Güzgüdən bir qadın boylanır mənə tərəf – Seydiyinin xəyalına qovuşrnuş
bir qadın. Onun üzündə həm xoşbəxtlik ifadəsi var, həm də küskünlük,

* * *
Kim mənim qədər ağlasaydı çoxdan kor olardı. Mən isə heç vaxt kor olmaram. Çünki gözlərimin Səni
görmək həsrəti o qədər böyükdür ki …

* * *
Bircə dəfə gözlərinə doyunca baxa biləydim … Bircə dəfə gözlərim sevinəydi. Onda gözlərimin nuru
butun dünyaya bəs edərdi. .

* * *
Hər dəfə ağ saçlarını görəndə kədərlənirəm. Ağaran hər saçın mənim Sənə qovuşmaq ümidimdir.
Sanki onların üstündən bir qara xətt çəkilir.

* * *
Məndən hər şey soruşa bilərsən. Amma heç vaxt soruşma ki, Səni niyə sevirəm, nə üçün sevirəm
və nə vaxta qədər sevəcəm. Çünki cavab verə bilmərəm.

* * *
Hər gecə xəyalın qonağım olur. Hər gecə. Xəyalın gecəni mənimlə keçirir. Xəyalın dodağımdan öpür,
saçlarımı sığallayır. Gözümün yaşını öpüşü ilə qurudur. Səhərlər ayılanda xəyalının əlləri dəyən yerləri bir daha nəzərdən
keçirirəm. ƏlIərinin izini axtarıram. Görə bilməyəndə aldandığımı başa düşüb ağlayıram. Göz yaşlarımı heç kəs silmir.

* * *
Ürəyim bomboşdur. Ümidlərim tərk edib ürəyimi.

* * *
Bax elə bu an Sən ürəyimdən çıxıb getdin. Bir an ürəyim döyunmədi. Döyünə bilmədi.

* * *
Hər ğün səni bir az itirirəm. Mənə dediyin hər acı söz ürəyimdə cücərən neçə şirin sözlərimi dəfn edir.

* * *
Birdən Sənin üçün o qədər darıxıram ki… Az qalır ki, ürəyim köksümdən çıxsın. ürəyimdə olan sevgi ürəyimi özümə
qaytarır.

* * *
Dünən səsini eşitmədim. Səs payını əsirgədin məndən. Mən Sənin üçün hər şeydən keçərəm. Sən isə səsini də
qıymırsan mənə.

* * *
Görəsən indi haradasan, haralardasan?.. Nə düşünürsən, kimi düşünürsən… Əgər bilsəm ki, xəyalım Sənin qonağındır,
dəli olaram sevincimdən.

* * *
Gözlərimə payız gəldi. Gözlərimdən ürəyimə yaüışlar yağdı – ürəyimin tozu-torpağı yatdı…

* * *
Səni unutmaq istədim. Səni necə unutmaq üçün yollar arayaraq xəyala getdim… Bir də gördüm ki, Sən yanımdasan, mən
isə özümü unutmuşam.

* * *
Xəyalən dodaqlarından o qədər öpmüşəm ki… Dodaqlarının dodaqlarıma çöxlu öpüş borcu var… Dodaqlarım kasıblayıb,
dodaqlarına de ki, borclarımı qaytarsın.

* * *
Gözlər ürəyin tərcüməçisidir, dodaqlar isə dilin.

* * *
Bəzən susmuş dodaqlar daha şox danışırlar. Bircə baxışın dediyini min sözlə demək olmur.

* * *
Yerlə Göyün arasında sıxıla-sıxıla qalmışam. Ya gəl məni Göylərə qaldır, ya da ki, birdəfəlik Yerə çırp!

* * *
Kimisini paltarından Sənə bənzədirəm. Kimisinin duruşu Sənin duruşuna oxşayır. Kimisini eynəyindən Sənə bənzədirəm.
Səsinə bənzəyən səs eşitmədim, gözlərinə bənzər gözlər görmədim. Sənin üzündə olan işığı heç kəsdə görmədim.

* * *
Payız gəlir. Çoxları artıq payız paltarlarını geyinir. Hələ də yay paltarındayam. Mənim içimdə həmişə qışdır. Nə qədər
geyinsəm də içimdəki üşütmə keçməz.

* * *
Sevgimlə həsrətim ürəyimdə yanaşıdır. Həsrətim buz kimi soyuq, sevgim od kimidir. Ona görə də hərdən od tutub yanıram,
hərdən isə bədənim buza dönür.

Open post
Sevil Gültənin tərcümə kitabları

Sevil Gültən – Tərcümə kitabları

İngilis dilindən Azərbaycan dilinə tərcümə edilən əsərlərin siyahısı

TEAS-PRESS nəşriyyatı:
1. Rafaello Barker- Yay mövsümü
2. Sarah Dessen- Müqəddəs hər şey
3. Ketrin Baybi- Çərşənbə gününədək arvad
4. Ketrin Baybi Çərşənbə axşamınadək qız tapıldı
5. Ketrin Baybi- Bazar ertəsinək evlənməli
6. Ketrin Baybi Cümə axşamınadək aşıq oldu
7. Ketrin Baybi Cümə gününədək subay
8. Ketrin Baybi- Cümə gününədək nişanlanmalı
9. Holli Şindler- Elə tünd göy ki…
10.Lüi.De Berniers- Kapitan Korellinin mandolinası
11. Cüzieppe Katotsella-Demə ki.Qorxuram…
12. Amor Tovles – Centlemen Moskvada
13. Luis Kerrol- Alisa möcüzələr diyarında
14. Ali Smith- Təsadüfi
15. Ceyk Maddoks-Hücumçu ötürməsi
16. Ali Smit- Təsadüfi

“Qanun” nəşriyyatı
1. Jojo Moyes- Bir üstəgəl bir
2. Jojo Moyes- Səndən sonra
3. Jojo Moyes- Geridə qoyub gəldiyin qız
4. Oşo- Qızıl külçələr
5. Oşo- Emosiyalar
6. Robin Şarma- Ferrarisini satan rahib
7. Rohald Dahl- Matilda
8. Rohald Dahl – Ceyms və nəhəng şaftalı
9. Rohald Dahl- Böyük sevimli nəhəng
10. Rohald Dahl – Çarli və şokolad fabriki
11.Lao Ma ( çinli müəllif) – hekayələr
12. Dan Braun- Da Vinçi kodu
13. Alis Manro- “Əziz həyat” hekayələr kitabı
14. Rey Bredberi- Zəncirotu şərabı
15. Frances Hodgson Burnetti- Balaca prinses
16. Meier ( çinli şairə) – Şeirlər
17. Harper Lee- Bülbülü öldürmək
18. Harper Lee- Get, gözətçi təyin et
19. Corciya Binq – Molli Munun( ağlagəlməz hipnotizm kitabı)

Azərbaycan dilindən ingilis dilinə tərcümə edilən əsərlərin siyahısı

1. Hikmət Babaoğlu –“Akdamardan Sarı gəlinədək erməni yalanı”
2. Qəşəm Nəcəfzadə– “ The evening stories”
3. Ülvi Bünyadzadə– “ Ömür yolu”
4. Yunuz Oğuz –“Nadir şah”
5. Amerikada Azərbaycan qadın yazarların hekayələrindən ibarət antalogiya- 11 tərcümə
6. Amerikada Azərbaycan yazıçılarının hekayələrindən ibarət antalogiya – 10 hekayə
7. Ceyhun Musaoğlunun layihəsi ilə Azərbaycan yazıçılarının hekayələri ingilis dilində
8. Rafiq Tağı- hekayələr kitabı
9. “Erməni əsirliyində” -Antalogiya
10. Azərbaycan nağılları
11. Firuz Mustafa– “ Köç “ povesti
12. Elçin İsgəndərzadə –“ Avtoportret”
13. Vahid Məmmədli –“ Buddanın qayıdışı” –povest
14. Eyvaz Zeynalov –Hekayələr, povest və uşaq hekayələri
15. Elçin Hüseynbəyli – İki hekayə
16. XXİ -əsr Azərbaycan ziyalıları
17. Giya Paçxataşvili –“ Oğul ata itirdi” Poema
18. Mirkazım Seyidov– “ Erməni vandalizmi”
19. Mirkazım Seyidov– “ Zamanın nəbzi”
20. Mirkazım Seyidov– “Qaranlığa nur saçan zəka”-
21. Mirkazım Seyidov –“Ömrümü xalqıma bağışlayıram”
22. Salam Sarvan- Şeirlər
23. Varis- Üç roman
24. Eluca Atalı– esselər
25. Eluca Atalı- hekayələr
26. Afaq Şıxlı- şeirlər və hekaylər
27. Nilufər Şıxlı- şeirlər
28. Şahnaz Kamal– Hekayələr
29. Salatın Əhmədli – İki kitab
30. Zahid Xəlil– uşaq hekayələri
31. Gülxani Pənah- Xocalıya aid kitab
32. Azadə Taleh- Şeirlər
33. Əlabbas- hekayələr
34. Əlisa Nicat- hekayələr
35. Məmməd Əmin Rəsulzadə “ Əsrimizin Siyavuşu”
36. Nüşabə Məmmədli – Pyeslər
37. Ramiz Duyğun- iki poema
38. Dilsuz Musayev- şeirlər kitabı
(Səlim Babullaoğlu, Xəyal Rza, Elxan Zal, Ədalət Əsgəroğlu, Qismət, Fərid Hüseyn, Fərqanə Mehdiyeva, Faiq Balabəyli, Ramil Mərzili və başqalarının şeirləri)

Open post
sevil gulten tərcümələr

Sevil Gültən-Tərcümə hekayələr

Sevil Gültən müxtəlif vaxtlarda müxtəlif müəlliflərin 150-dən çox hekayəsini azərbaycan dilinə tərcümə edib. “Kaspi.az”, “Kulis.az”, “Ann.az”, “Manera.az” kimi saytlar bu hekayələrə dəfələrlə öz səhifələrində yer verib.  Aşağıda bu tərcümələrin siyahısı verilib.

1. Hans Christian Anderson:  “Ananın hekayəsi”, “Şahzadə qız və noxud”, “Kibritsatan balaca qız”, “Mələk”, “Qəbirdəki uşaq”, “Donuzotaran”

2. Charles Dickens: “Uşağın hekayəsi”, “Uşağın ulduz yuxusu”

3. James Baldwin: “Antonio Canova”, “Həkim Qoldsmit”, “Lakonik cavab”, “Sonsuz nağıl”,  “Maksmilian və qazotaran oğlan”, “Naşükür döyüşçü”, “Hökmdar və onun qırğısı”, “Kor kişilər və fil”,

4.  Guy de Maupassant: “Kor kişi”, “Dilənçi”, “Etiraf”, “Ölü qadının sirri”, “Qəbir”, “Ailə”, “Ana və oğul”, “Dəlinin gündəliyi”, “Atılmış”, “Biclik”, “Köhnə dost Patient”,  “Öpüş”,  “Ata”, “Duel”, “Dul”,  “Müqəddəs suçiləyən”, “Cehiz”, “Belflover ana”, “Müəllimin səhvi”,

5. Kate Chopin: “Bir saatın hekayəsi”, “Tufan”, “Peşmançılıq”, “Tərbiyəli qadın”, “Bir cüt ipək corab”, “Bayou Müqəddəs Con şəhərinin ledisi”, “Kaline”, “Ölü kişinin ayaqqabıları”

6. H.H. Munro ( Saki): “Laura”, “Luiza”, “Kernoqatzin canavarları”, “Açıq qapı”

7.Mary Roberts Rinehart: “İncə əl”, “İki yataq xəstəsi”, “Evlənmək”

8. O. Henry: “Qəribə hekayə”, “Müdrikin hekayəsi”, “İyirmi ildən sonra”, “Sosial üçbucaq”,

9. Timothy Shay Arthur: “ Eminin sualı”, “Həkimlə birgə”, “Balaca Lizzi”, “Arvad”, “Keşikdə durmaq”, “Kölgə arxasınca”, “Çox kasıb”

10. Sherwood Anderson: “Qəhvəyi paltolu kişi”, “Müharibə”, “Qardaşlar”, “Lal kişi”

11. Stephen Leacock: “Küçədə kibrit çöpü istəmək”, “Mənim maliyyə karyeram”

12 Algernon Blackwood: “Balaca Dilənçi”, “Balaca səfil”, “Bitməmiş qaçış”, “Simsiz gələn xəbər”, “Ölüm diaqnozu”, “Bir bardaq şərbət”, “Həbs”,  “Evə sarılmış üzüm tənəyi”

13. Arnaba Saha: “Qürub çağı”, “Seçim”

14. Henry Van: “Dyke-Bir ovic gil”, “Kol dibindəki dilənçilər”,  “Şahın cəvahiratı”

15. Lucy Maud Montgomery: “Tamamlanmış hekayə”, “Qızıl toy”, “Jasmin”

16. Paulo Coelho: “Hamıdan güclü”, “İki damcı yağ”, “İbrətamiz hekayələr”, “Əsl qorxunu kəşf etmək”

17. Benjamin Franklin: “Fit”

18. D.H. Lawrence: “ Xəstəşaxtaçı”

19. Elia A. Peattie:  “Yağış uşaq”, “Qonşu evdəki piano”

20. Philip. K. Dick: “Qapı arxasında”

21. Giovanni Boccaccio: “Federiqonun şahini”

22. Herbert George Wells: “Gözəl kostyum”

23. Lucy Maud Montgomery: “Tamamlanmış hekayə”, “Qızıl toy”, “Jasmin”

24. Mark Twain: “Təmsil”

25. Julius W. Long: “Solğun rəngli kişi”

26. Katherine Mansfield: “Ma Parkerin həyatı”,  “Xiyar şorabası”

27. L. Frank Baum: “Sehirli nabatlar”, “Balaca mavi oğlanın nağılı”, “Şən dəyirmançı”

28. Lafcadio Hearn: “Ölüb gedən sir”

29. Laura E. Richards: “Yaşıl atlas don”, “Qızıl pəncərələr”

30. Louisa May Alcott: “Donuz qız”, “Uşağın tərcümeyi halı”, “Əmim oğlu Tribulationun hekayəsi”

31. Matsuo Basho: Qoca ananın hekayəsi

32. Ralph Henry Barbour: “Ölüm yatağında etiraf”, “Əmiqızı”

33. W.F.Harvey: “Bataqlıqdan keçəndə”

34. W. W.Jacobs: “Üç bacı”

35 . Chen Yonglin: “Güzgü”

36. Cui Li: “Keçmişdə pərt olduğum anlar”

37. Edgar Allan Poe: “Carçı ürək”

38. Henry Lawson: “Qaranlıqdakı uşaq yaxud yad ata”

39. Dorothy Parker: “Telefon zəngi”

40. Stephen Crane: “Tünd qəhvəyi it”

41. Robert Barr: “Dağ başında boşanma”

42. Xu Yan: ” Yaxşı qadının yoldaşlığı”

43. Algernon Blackwood: “Balaca Dilənçi”

Posts navigation

1 2
Scroll to top