Haqqinda

[siteorigin_widget class=”nx_spacer_widget”][/siteorigin_widget]

Haqqında

[siteorigin_widget class=”nx_spacer_widget”][/siteorigin_widget]
[siteorigin_widget class=”nx_spacer_widget”][/siteorigin_widget]
[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]

Qısa Tarixçə

Nuriyeva Sevil Məmməd qızı ( Sevil Gültən) 1961-ci il aprel ayının 22-də – Zərdab rayonunun Təzəkənd kəndində sadə kəndli ailəsində anadan olub.
1978-ci ildə orta məkəbi bitirib və həmin il Xarici Dillər İnstitutunun ( hazırkı Azərbaycan Dillər Universiteti) ingilis-dili fakültəsinə qəbul olub.
Gənc yaşlarından şeir yazır. İlk yazıları Zərdab rayonunda nəşr olunan” Pambıqçı” (indiki “Əkinçi”) qəzetində çap olunub.
Özün tərcüməçi kimi ilk dəfə tələbəlik illərində sınayıb. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun “Bilik” qəzetində çap edilib.
1984-cü ildə institutu əla qiymətlərlə bitirən Sevil xanım, Zərdabın Bıçaqçı kəndinə göndərilir və müəllim kimi əmək fəaliyyətinə başlayır. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib. Sonrada pedaqoji fəaliyyətini Zərdabın Dəkkoba, İsaqbağı, Bıçaqçı, Yuxarı Seyidlər, Təzəkənd məktəblərində və rayonda fəaliyyət göstərən kollecdə davam etdirib.

1987-ci ildə ailə qurur, amma ailə xoşbəxtliyi uzun sürmür – 2003-cü ildə həyat yoldaşı dünyasını dəyişir. Yasəmən və Gültən adlı iki qızını təkbaşına böyüdür.
Zərdabda yaşadığı dövrdə Hamlet İsaxanlının rəhbərlik etdiyi “Xəzər” Universitetinə məktubla müraciət edir.
Hamlet müəllim həmin müraciəti belə xatırlayır.
2003-cü ilin avqustunda Hamlet müəllimin təklifi ilə həmin universitetdə işləmək üçün Bakıya köçür. Eyni zamanda “Xəzər-Xəbər” jurnalında korrektor vəzifəsində çalışmağa başlayır.
Müxtəlif vaxtlarda Muğam Tatrında ədəbi dram hissə müdiri işləyib, daha sonra Xalça muzeyində fəaliyyət göstərib, “Kaspi” qəzetində çalışıb.
“Qanun” nəşriyyatı və TEAS-PRESS nəşriyyatı ilə əməkdaşlıq edir, fərdi qaydada müxtəlif tərcümə işlərinə (ingilis dilindən azərbaycan dilinə, azərbaycan dilindən ingilis dilinə) sifarişləri həyata keçirir.
4 kitabı çap olunub, bir neçə elektron kitabı var.
İngilis və azərbaycan dillərinə tərcümə etdiyi kitabların sayı 100-ə yaxındır.
Müxtəlif müəlliflərin 150-dən çox hekayəsini ingilis dilindən azərbaycancaya tərcümə edib.
Çoxsaylı esselərin, hekayələrin, publisistik məqalələrin müəllifidir.

Həmkarları Sevil Gültən haqqında

[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
“Sevil Gültən yaddaşa hopmuş bir anı və ya təsadüfən rastlaşdığı bir məqamı, kiçik görüntünü gözəl bir esseyə döndərə bilir. Bu, zənnimcə, bir tərəfdən başqalarının acısını dutmaq qabiliyyətindən, digər yandan isə çatmadığı arzuları ölməyə qoymamaq, onları sözlə ifadə edib yaşatmaq istəyindən qaynaqlanır(arzuların çoxu əlyetməzdir).
Onun yazılarında hüzn də var, sevgi də – elə həyatın özündə olduğu kimi”

HEMLET İSAXANLI,
fizika-riyaziyyat elmləri doktoru, professor,şair-publisist, tərcüməçi

[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
“Sevil Gültənin esseləri məni elə duyğulandırır ki, bəzən bir həftə özümə gələ bilmirəm!”

CAHANGİR MƏMMƏDLİ, jurnalist,
filologiya elmləri doktoru, professor

[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
“Mənə desələr ki, Azərbaycanda tanıdığınız ən zəhmətkeş insan kimdir, tərəddüd etmədən deyərəm Sevil.
Əgər desələr ki, bəs bu zəhmət niyə layiqincə dəyərləndirilmir. Onun zəhmətinə dəyər verən insanlarımız yoxdur, bəlkə hələ yetişməyiblər, o zəhməti görmək üçün kifayət qədər böyüməyiblər, deyərdim. Amma mütləq nəticə olacaq Sevil. Sən gələcək üçün yaxşı miras qoyursan. Yalnız övladların deyil, nəsillər onadan faydalanacaq.”

ŞAHBAZ XUDUOĞLU,
naşir, tərcüməçi-yazar, “Qanun” nəşriyyatının direktoru

[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
“Sevilin “Uşaqlıq illərimin şəkilləri” kitabındakı yazılar yaddaşdan süzülən kədər yağışıdır. İnsanı duyğylandırır, kövrəldir, ağladır … kiridir”

ŞƏFƏQ NASİR,
filologiya üzrə fəlsəfə doktoru”

[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
“Sevil Gültənin ürəyi doludu. Allaha and olsun, imkan versən yüz cildlik kitab buraxar. Mən bəzən ona heyran qalıram. Bu adam demək olar ki, həyatının hər dəqiqəsini xatırlayır.Onun “Uşaqlıq illərimin xatirələri” deyilənlərə sübutdur…. hər yazı bir xatirə. Həm də ola bilər ki, sonadək danışılmamış..”

ƏZİZ RZAZADƏ, jurnalist, yazıçı- tərcüməçi

[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
“Sevil xanımın tanıyan hər kəs onun həm istedadlı, həm də çalışqan olduğunu çox yaxşı bilir.

AFAQ ŞIXLI,
həkim, publisist, tərcüməçi,
Rusiya Poeziya Akademiyasının müxbir üzvü””

[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
“Daha çox tərcüməçi kimi tanınan, Sevil xanımı mən bu yaxınlarda yazıçı kimi də kəşf etmişəm. Görünür özünün təvazökarlığındandır ki, 2015-ci ildə işıq üzü görmüş “Uşaqlıq illərimin şəkilləri” kitabından xəbərim olmayıb.
…Kitabı birnəfəsə oxuduğumu desəm, yalan olar, çünki tez-tez dayanmalı, qəlbinə çökmüş acı nisgili qovmağa çalışmalı, bəzən hətta göz yaşlarından yaxa qurtarmağa cəhd etməli olursan. Ona görə də, demək olar ki, birnəfəsə oxudum demək daha düz olar…
Düşünürəm ki, Sevil xanım gələcək kitablarında da həyatının növbəti mərhələlərinin şəkillərini çəkəcək. Arzum budur ki, o şəkillərdəki surətlər daha xoşbəxt olsun!”
KƏRİM KƏRİMLİ – şair, tərcüməçi
[siteorigin_widget class=”SiteOrigin_Widget_Image_Widget”][/siteorigin_widget]
” … Həqiqətən də tərcümə sənətinin yükünü çiynində daşıyanlardandır Sevil xanım. Bu zəhmət, bu fədakarlıq mütləq dəyərləndirilməlidir. Bir daha uğurlar!!!”

KƏNAN HACI,
şair, yazıçı, tərcüməçi

[siteorigin_widget class=”nx_spacer_widget”][/siteorigin_widget]

    Oxucu rəyləri

 Natəvan Dəimircioğlu:“Arnaba Sahanı mən heç oxumamışdım. Sağ ol, Sevil! Tərcümə superdi. Orjinal mətn kimi oxunur.”
Esmira Məhiqızı:“Sevil Gültənin qələminin ucundan xatirələr tökülür…”
Şəfaqət Cavanşirzadə:“Şervud Andersonun “Müharibə”-si çox maraqlı hekayədir, çox bəyəndim. Çox sağ olun, Sevil xanım. Dəyərli hekayə tərcümə etdiyiniz üçün! Sahanı mən heç oxumamışdım. Sağ ol, Sevil! Tərcümə superdi. Orjinal mətn kimi oxunur.”
Gülgəz Nur:“Eşq olsun sizə. Hisslərinizi beləcə saf, dürüst, aydın, yapışıqlı, səmimi, sadə ifadə etmək qabiliyyətindəsinizsə, demək ki, seçilmişlərdənsiniz. Allah qüvvəti ruhunuzdan, sevgini ürəyinizdən, qələmi əlinizdən, ÖZÜNÜ başınız üzərindən əskik etməsin, inşallah. Təkrar, eşq olsun. (“Payızı görməyə getmişdim”-i oxuduqdan sonra)” –
Namiq Kurcayli:“Real hadisəyə əsaslanan möhtəşəm bir yazıdır “Ağamməd əmi və Ağca xala”
Rəhimə Rəhimli:“Sevil xanim, “Anamın yuxu gördüyü ev”-i oxudum, cox təsirləndim. Elə bil mənim həyatimdan yazmisiniz. Allah cəmi gedənlərə rəhmət eləsin.”
Fazil Sənan:“Uşaqlıq illərimin şəkilləri” ilə yaman kövrəltin məni. Uşaqlıq illərmiz necədə oxşardı. Mən Sizi gənclik illərindən tanıyıram. Qələmizə saglıq.”
Şair İsfəndiyar:“Sizin yazılarınız və tərcümələriniz həmişə maraqlı olur. Uğurlar !!!”
Sevinc Arzulu:“Bu hekayəni (Lucy Maud Montgomery Tamamlanmış hekayə) axıracan oxudum və duyğulandım. Adətən tərcümə edilmiş əsərlərin dili bir az qəliz olur. Sizin tərcümələrinizi su kimi oxuyuram! “Ədəbiyyat” qəzetində çıxan tərcümələrinizi də çox bəyənirəm. Sizə uğurlar…”
Fəridə Əsədli:“Yazılarınız söz ola bilməz. Çox bəyındım.”

[siteorigin_widget class=”nx_spacer_widget”][/siteorigin_widget]