Şeirlərim, Ürəyimin Göz Yaşları...

"Mən Göylər Qızı İdim"
İlk dəfə Zərdabda, əyalət qəzetində çap olunan Sevil xanımın şeirlərinin sorağı sonradan Azərbaycan mətbuatından, eləcə də Türkiyədən, Almaniyadan gəlməyə başlayır. Təxəllüsünün də “baiskarı” Türkiyədə çap olunan şeirləri olub. Bunu Sevil xanım belə xatırlayır: “1990-cl ildə İstanbulda, "Sizə" dərgisində şerlərim çap olunmuşdu. Həmin dərginin sahibinin adı Gültən Çiçək idi. Xoşum gəldi Gültən adından. Kiçik qızımın adını Gültən qoydum.Sonra qızımın adını təxəllüs götürdüm.”
Şeirlərini ürəyinin göz yaşları adlandırır. "Şeirlərim ürəyimin göz yaşlarıdır. Bir sərt baxışdan, cavabsız sevgidən, solmuş ümiddən, həsrətdən payız buludu kimi dolub-boşalan ürəyimin göz yaşları..."
Bu günə kimi Sevil Gültənin 3 şeir kitabı nəşr olunub.
1. “Küsüb getmək istəyirəm dünyadan”
2. “Ürəyimin göz yaşları”
3. “Bir aldanmış ürəyim var”
Eyni zamanda müxtəlif vaxtlarda yazdığı şeirlərdən ibarət "Mən göylər qızıyam" adlı elektron kitabın müəllifidir.
Hamlet İsaxanlı:
   "Azərbaycan xalqının böyük qisminin şeir yazdığı, peşəkar adlanan şairlərlə həvəskar adlanan şairlərin arasındakı fərqlərin az qala yoxa çıxdığı bir dövrdə həqiqətən istedadlı şairlərə, tutarlı fikirlə zərif formanı birləşdirə bilən şairlərə ehtiyac duyulur. Sevil xanımın şeirləri seviləcək, düşündürəcək, ağlada bilmək qüdrəti ilə yadda qalacaq, buna şübhəm yoxdur.
İstedadlı şairə Sevil xanım, Sevil Gültən insana, təbiətə, şeirə vurğundur. Bu vurğunluğun və talenin qaladığı yanğının yeni gözəl şeirlər doğurmasını arzulayıram."
1 fevral 2003-cü il. “Xəzər-Xəbər” jurnalı     
Bir Lalın Dil Açan Duyğuları
   Duyğularım şeirə çevrilə bilməyəndə göz yaşlarıma dönür. Harada olmağımdan asılı olmayaraq acgözcəsinə yanaqlarımı öpür. Yanaqlarım göz yaşlarımdan içib sərxoş olur.
   Duyğularım şeirə çevrilə bilməyəndə... dindirməyin məni! Çünki cavab verməyə taqətim olmayacaq. Lal oluram duyğularım şeirə çevrilə bilməyəndə
"Hərdən susuram balıq kimi, hərdən isə... >>>"
“Allahım! Deyirlər ki, Sən nə verirsənsə geri alırsan, al mənə verdiyin... >>>””
“Mənim ömrümdə nə qədər qara rəng var, ilahi!... >>>”
“Ey insan! Bütün dünyanı gəzib gözəllik axtarma!... >>>”
“Tanrım məni quş yaratdı. Ürəyimi nəğmə ilə doldurdu, amma... >>>”
Sevil Gültən (Məmmədqızı) " Küsüb getmək istəyirəm dünyadan"

Bakı, "Şəms" nəşriyyatı.2004.161 səhifə
Redaktor: Hamlet Isaxanlı
Tərtibatçı: Ramiz Şıxəliyev
Operator: Nailə Nəbiyeva
Korrektorlar: Yasəmən Qədirova, Xəyalə Hüseynova
Sevil Gültən " Ürəyimin göz yaşları"
Şeirlər, poetik tərcümələr

"Yurd" NəşriyyatI-2006
İngiliscə mətnlərin redaktoru Ceoffrey Heller
Tərtibatçı: Elnarə Heybətova
Yığıcılar: Ləman Namazova, Gülnar Qarayeva
Korrektor: Hamlet Məmişov
Sevil Gültən " Bir aldanmış ürəyim var"
Şeirlər, poetik tərcümələr

Bakı, "Vektor" nəşrlər evi, 2008
Redaktorlar: Elçin İsgəndərzadə, Satyam S.Moorty
Tərtibatçı: Aydan Elçin
Yığıcı: Təranə Musayeva
Korrektorlar: Yasəmən Qədirova, Gültən Qədirli