Yaradıcılığı

MƏN TƏZADAM...

Həm ağam,
                  həm qara
Həm sağam,
                  həm dərinə işləmiş yara.
...Həm qaram,
                  yay günü buza dönüb ələnərəm yer üzünə.
Həm odam,
                  qış günü köz olub girərəm ürəklərə.
Həm yağışam,
                  leysan kimi yağaram quru səhralara.
Həm səhrayam,
                  yağış həsrətilə baxaram göy səmaya.
... Gah yazam,
                  günəşi duyub açılan təzə çiçəyəm.
Gah payızam,
                  soyuqdan titrəyən sarı ləçəyəm.
Gah dəliyəm,
                  bilmirəm nə söyləyirəm.
Gah müdrikəm,
                  kiməsə nəsihət verirəm.
Təzadam -
                  bir gözüm yaşla dolub,
                  bir gözüm sevgidən odlanıb.
Mən Seviləm -
                  ikiyə bölünmüş kimiyəm.

ŞEİRLƏRİM, ÜRƏYİMİN GÖZ YAŞLARI

İlk dəfə Zərdabda, əyalət qəzetində çap olunan Sevil xanımın şeirlərinin sorağı sonradan Azərbaycan mətbuatından, eləcə də Türkiyədən, Almaniyadan gəlməyə başlayır.

Daha Ətraflı

GÖZLƏRİMİN NURU TƏRCÜMƏLƏRİM

Sevil Nuriyeva (Sevil Gültən) peşəkar tərcüməçi kimi fəaliyyəti çoxşaxəlidir. 1978-ci ildə, tələbə olarkən görkəmli tərcüməçi, dilçi alim, f.e.n.dossent İsmixan Rəhimovun...

Daha Ətraflı

ESSELƏR, MƏQALƏLƏR, MÜSAHİBƏLƏR

“Şeirlərim ürəyimin göz yaşlarıdırsa, tərcümələrim gözlərimin nurudur.”-deyən Sevil Gültən hekayələrini, publisistik yazılarını həyatımın müəyyən günləri, anları adlandırır.

Daha Ətraflı

Scroll to top