z-sheir01

Ana səhifə                         Əvvələ                      Növbəti                 

MƏN GÖYLƏR QIZIYAM
… Mən göylər qızıyam –
           göylər üçün doğulmuşam
Ona görə Yer üzündə
             başa düşmürlər məni
… Ona görə hər acı söz .
             üşüdür qəlbimi …
… Mən göylər qızıyam –
             heç kəsin xəbəri yoxdur məndən
                xəbəri yoxdur düşüncələrimdən
…Mən mələyəm –
             gərək həmişə düzünü söyləyəm
                 əfsus ki, Yer üzündə kölə kimiyem
… Mən mələyəm –
           onun üçün geydiyim paltarlar bədənimi sıxır
              paltarlar qoymur bədənimi
                günəşlə isinməyə
Ayaqqabılar ayağımı sıxır
           qoymur ayaqlarımı istədiyi yerə getməyə
… Göylər qızıyam –
                 hava acıyam,
                   genişlik möhtacıyam
…Bir gün soyunub atacağam paltarlarımı
Çıxarıb tullayacağam ayaqqabılarımı
Qollarımı qanad kimi açacağam
Əvvəl havanı qucaqlayacağam –
               sonra uçacağam …
Mən göylər qızıyam –
               göylər üçün doğulmuşam
Dostlarım, bir gün görəcəksiniz
               yox olmuşam

28 oktyabr 1990