Təzad
Həm ağam,
həm qara
Həm sağam,
həm dərine işləmiş yara.
…Həm qaram,
yay günü buza dönüb ələnərəm yer üzünə
Həm odam,
qış günü köz olub girərəm ürəklərə
Həm yağışam,
leysan kimi yağaram quru səhralara
Həm səhrayam,
yağış həsrətilə baxaram göy səmaya
… Gah yazam,
günəşi duyub açılan təzə çiçəyem
Gah payızam,
soyuqdan titrəyən sarı ləçəyəm
Gah dəliyəm,
bilmirəm nə söyləyirəm
Gah müdrikəm,
kiməsə nəsihət verirəm
Təzadam –
bir gözüm yaşla dolub
bir gözüm sevgidən odlanıb
Mən Seviləm –
ikiyə bölünmüş kimiyəm.
7-8 dekabr 2003